“Jirona”nın baş məşqçisi “Barselona”dan almaq istədiyi oyunçunun adını çəkdi

“Jirona”nın baş məşqçisi Migel Anxel mümkün olarsa, “Barselona”dan almaq istədiyi oyunçu haqda danışıb.

Sports.az Migel Anxelin bu barədə fikirlərini təqdim edir:

“Yalnız bir futbolçunu götürsək, bu, Oriol Romeu olardı. O, yaxşı insan və həqiqətən yüksək səviyyəli güclü oyunçudur. “Barselona”da nə baş verdiyini və Oriolun niyə orada çox oynamadığını bilmirəm. Mən orada deyiləm”, deyə ispaniyalı mütəxəssis bildirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar