“Bayern” Subimendinin transferi ilə bağlı danışıqlara başlamağa tələsmir

“Bayern” “Real Sosyedad”ın ispan dayaq yarımmüdafiəçisi Martin Subimendi ilə maraqlansa da, hələlik bask klubu ilə danışıqlara başlamağa tələsmir.

Sports.az xəbər verir ki, bunun səbəbi “Bayen”in alman yarımmüdafiəçiləri Yozua Kimmix və Leon Qoretskanın komandadakı gələcəyi ilə bağlı qeyri-müəyyənlikdir.

Belə ki, “Bayern”in baş məşqçisi, alman mütəxəssis Tomas Tuxel cari mövsümün bitməsi ilə klubdan ayrılacağını açıqlayıb. Komandanın heyətinin müəyyənləşdirilməsi məsuliyyəti isə kollektivin sükanı arxasına keçəcək yeni baş məşqçinin səlahiyəytində olacaq. Odur ki, “Bayern” rəhbərliyi bu məsələdə qərar verməyə tələsmir.

Vurğulanır ki, Subimendinin özü də “Bayern”ə keçməyə maraqlıdır. Kimmix və Qoretska isə yeni mütəxəssisin təyinatını gözləyirlər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar