Yığmamız yarımfinala yüksəldi

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində yarımfinala vəsiqə qazanıb.

Sports.az xəbər verir ki, yığmamız buna B qrupunun 2-ci turunun matçında Monqolustana qalib gəlməklə (13:12) nail olub.

Ötən gün Çilini məğlub edən (17:14) komandamız 3-cü turda Niderlandla görüşəcək. Bu matç qrup liderini müəyyənləşdirmək üçün əhəmiyyətli olacaq.

Yarımfinal və həlledici matçlar aprelin 14-də baş tutacaq. 

Honkonqdakı turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar