Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə ediblər

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışları idarə edib.

Sports.az xəbər verir ki, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev 25-28 apreldə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatında ədalət təmsilçiləri arasında yer alıb.

“A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova, “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Ülvi Əliyev və Rəşad Əliyev 27-28 apreldə Gürcüstanın Telavi şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokunda görüşləri idarə ediblər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar