Braziliya millisindən getdiyini açıqladı

Braziliya yığmasının müdafiəçisi Dani Alves millidəki karyerasını bitirdiyini elan edib.

Sports.az xəbər verir ki, Qətərdə təşkil olunmuş DÇ-2022-nin 1/4 final mərhələsi çərçivəsində baş tutan Xorvatiya ilə oyundan sonra jurnalistlərə açıqlama verən futbolçu bu matçın onun üçün sonuncu olduğunu bildirib.

Meksikanın “UNAM Pumas” klubunda çıxış edən 39 yaşlı futbolçu millidən ayrılmağı düşünən komanda yoldaşı Neymarla da bağlı danışıb: “Neymarda eyni halın olacağını düşünmürəm. O, əla hücumçudur. Braziliya futbolunun ona ehtiyacı var”.

Braziliya Xorvatiyaya penaltilər seriyasında uduzaraq mübarizəni dayandırıb. Neymar da görüşdən sonra yığmadakı karyerasını bitirə biləcəyini açıqlayıb.

Alves 2006-cı ildən formasını geyindiyi Braziliya yığmasında 126 oyuna çıxıb, 8 qol vurub.

"Qətər 2022"ni ETOPAZ təqdim edir

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar