AŞF-dən Türkiyəyə dəstək

Türkiyədə minlərlə insanın ölümünə səbəb olan zəlzələ qurbanlarına və yaralılara dəstək olmaq üçün Azərbaycan Şahmat Federasiyası və ölkəmizin şahmat ailəsi 10 min manat maddi yardım göstərib.

Sports.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Toplanan vəsait Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.

Azərbaycan şahmat ailəsi zəlzələ qurbanlarının yaxınlarına başsağlığı verir, yaralılara şəfa arzulayır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar