AFFA-nın yeni prezidenti bu şəxs olacaq - Özəl

AFFA prezidenti Rövnəq Abdullayev aprelin 2-si keçiriləcək Hesabat Seçki konfransında namizədliyini irəli sürməyəcəyini bildirib.

Abdullayev bu gün Gəncədə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında qərarını açıqlayıb.
Sports.az xəbər verir ki, federasiyanın yeni prezidentinin kimliyinə aydınlıq gəlmək üzrədi. 
Saytımıza etibarlı mənbədən daxil olan məlumata görə, hazırda bu posta əsas namizəd SOCAR-ın prezidenti və "Neftçi" Müşahidə Şurasının sədri Rövşən Nəcəfdir. 
Rövşən Nəcəf "ağ-qaralar"ın azarkeşi kimi tanınır. 

Onun kluba gəlişindən sonra illərdir uğursuzluq məngənəsində sıxılan "Neftçi"də islahatlara start verilib. 

Rövnəq Abdullayevin prezidentliyi dövründə futbol təsərrüfatının əsas idarəçiləri olmuş Elşad Nəsirov və Elxan Məmmədovun da aprelin 2-si keçiləcək iclasda AFFA karyeralarının rəsmən bitəcəyi bildirilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar