Azərbaycan futbolu
“Sabah” - “Zirə” oyununun biletləri satışa çıxarıldı
28.03.2024 | 22:00
Premyer Liqanın 28-ci turu çərçivəsində baş tutacaq "Sabah" - "Zirə" oyununun biletləri satışa çıxıb.
Sports.az xəbər verir ki, biletləri onlayn şəkildə "iticket.az" saytından (//iticket.az/events/sport/sabah-fk-zire-fk30.03/114143), həmçinin oyun günü "Bank Respublika Arena"nın kassalarından əldə edə bilərsiniz.
"Sabah" - "Zirə" matçı martın 30-da, saat 19:00-da "Bank Respublika Arena"da baş tutacaq.