Samir Abasov Xavi ilə görüşdü

“Sumqayıt”ın baş məşqçisi Samir Abasovun “Barselona”da təcrübə proqramı davam edir.

Sports.az xəbər verir ki, bu gün əsas komandanın məşqini izləyən mütəxəssis Kataloniya təmsilçisinin baş məşqçisi Xavi ilə görüşüb. 

Komandanın hazırlıq proqramı ilə maraqlanan Samir Abasov həmkarı ilə müxtəlif mövzularda fikir mübadiləsi aparıb. 

Görüşdə "Barselona"nın birinci vitse-prezidenti Rafael Yuste də iştirak edib. 

Qeyd edək ki, bir neçə gündür "Barselona"nın düşərgəsində olan mütəxəssisin səfəri sabah başa çatacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar