“Qarabağ” 850 min avroluq qapıçı ilə maraqlanır

“Qarabağ” klubu növbəti mövsüm üçün yeni qapıçı axtarır.

Sports.az xəbər verir ki, klubun qısa siyahısında Zaqreb “Dinamo”sunun qolkiperi İvan Neviştiç yer alıb.

Ağdam klubu 25 yaşlı futbolçunun oyunlardakı çıxışını yaxından izləyir.

Qeyd olunur ki, “Qarabağ” hələ rusiyalı qapıçı Andrey Lunyovla müqavilə bağlayan qədər Neviştiçlə maraqlanıb.

Neviştiçin transfer dəyəri 850 min avrodur.

“Dinamo”da Azərbaycan millisinin hücumçusu Mahir Emreli də forma geyinir.

“Qarabağ” bu mövsüm 29 turda 72 xal toplayaraq vaxtından əvvəl Azərbaycan çempionu olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar