“Milan” Lopeteginin xidmətindən imtina edə bilər

“Milan” rəhbərliyi azarkeşlərin bu cür söz-söhbətlərə mənfi qarşılığı səbəbindən “rossoneri”nin yeni baş məşqçisi vəzifəsinə ispan mütəxəssis Xulen Lopetegini dəvət etmək istəyi planına yenidən baxa bilər.

Sports.az xəbər verir ki, “Milan”ın rəhbərliyi klub azarkeşlərinin fikrinə çox həssas yanaşır, ona görə də hazırkı baş məşqçi Stefan Piolini işdən çıxarıb, Lopetegini onun yerinə dəvət etməyin münasib olub-olmamasını bir daha təhlil edəcək.

Vurğulanır ki, “Milan” komandaya yeni məşqçi seçərkən səhv etmək istəmir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar