Azərbaycan futbolu
Yarımfinal oyunları canlı yayımlanacaq
22.04.2024 | 13:20
Futzal üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin hər iki oyunu canlı yayımlanacaq.
Sports.az xəbər verir ki, tamaşaçılar saat 15:00-dan etibarən “CBC Sport”un efirindən “Neftçi” İK – “Baku Fire” görüşünü izləyəcəklər.
Saat 18:00-da start götürəcək “Araz-Naxçıvan” – PFL matçı isə federasiyanın youtube kanalı (azfutzal tv) üzərindən yayımlanacaq.
Hər iki qarşılaşma Bakı İdman Sarayında keçiriləcək. Zala giriş sərbəst (biletsiz) olacaq.