Dünya futbolu
Yamalın mövsümü erkən başa vurduğu açıqlandı

23.04.2026 | 19:40
"Barselona"nın vingeri Lamin Yamal İspaniya La Liqasının 33-cü turunda "Selta" ilə keçirilən matçda zədələndiyini xəbər vermişdik.
Sports.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu 1:0 hesabı ilə başa çatan görüşdə sol ayağının bud nahiyəsindən xəsarət alıb.
Müayinələr nəticəsində onun dizaltı vətərinin zədələndiyi təsdiqlənib. İspaniyalı hücumçu cari mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. Klubun tibbi heyəti tərəfindən Yamalın konservativ müalicə alacağını bildirib.
Gənc vingerin 2026-cı il dünya çempionatına qədər tam bərpa olunacağı gözlənilir.
Son xəbərlər





























