“Futbolda davamlı idarəetmə” mövzusunda seminar keçirilib

“Futbolda davamlı idarəetmə” mövzusunda seminar keçirilib

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində Azərbaycanda qəbul edilmiş AZS ISO 20121:2026 "Tədbir davamlılığının idarəetmə sistemləri" dövlət standartının idman tədbirlərində tətbiqinə dair ilk məlumatlandırma sessiyası keçirilib.

Sports.az bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir.

Məlumata görə, Şirkətin AFFA ilə əməkdaşlığı çərçivəsində "Futbol təşkilatçılığı sahəsində tədbirlərin davamlı idarə edilməsi" mövzusunda seminar təşkil olunub.

Seminarda AFFA-nın işçi heyəti, eləcə də Peşəkar Futbol Liqası (PFL), Futbolun İnkişafı Fondu (FİF), Misli Premyer Liqası və I Liqa klublarının nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən AFFA-nın baş katibinin müavini Kamran Vəliyev vurğulayıb ki, forum davamlı inkişaf, inklüzivlik və müasir idarəetmə prinsiplərinin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biridir: "Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi həm böyük məsuliyyət yaradır, həm də beynəlxalq standartların müxtəlif sahələrdə, o cümlədən futbolda tətbiqi üçün geniş imkanlar açır. Bu istiqamətdə WUF13 Azərbaycan Əməliyyat Şirkəti rəhbərliyi ilə birgə mühüm addımlar atmışıq. Əsas məqsədimiz yalnız futbolun inkişafı deyil, eyni zamanda ətraf mühitə, cəmiyyətə, gələcək nəsillərə qarşı məsuliyyətli yanaşmanı təşviq edən dayanıqlı futbol mühiti formalaşdırmaqdır".

Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva çıxış edərək idmanın şəhərlərin inkişafında və şəhərsalma planlamasına inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, idman inklüzivliyi təşviq edən, sağlam həyat tərzini dəstəkləyən və yaşayış məskənlərinin dayanıqlığını gücləndirən əsas şəhər xidmətlərindən biridir.

AZS ISO 20121:2026 dövlət standartının tətbiqi ölkədə keçirilən tədbirlərin dayanıqlılıq prinsiplərinə uyğun şəkildə planlaşdırılması və idarə olunması üçün zəruri institusional çərçivə yaradır. Bu yanaşma nəticə etibarilə həm şəhər ekosisteminə ekoloji baxımdan müsbət təsir göstərəcək, həm də tədbir sənayesində yeni bir mədəniyyətin yaranmasına əhəmiyyətli töhfə verəcək.

WUF13 ekoloji və inklüziv prinsiplərə əsaslanaraq təşkil olunacaq. Tədbirin mövcud infrastrukturdan istifadə olunaraq Bakı Olimpiya Stadionunda təşkili və resursların daha səmərəli istifadəsi əsas istiqamətlərdəndir.

Seminar çərçivəsində həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv məzmun üzrə şöbə müdiri Cəmilə İsmayılzadə, Koordinasiya üzrə baş inzibatçısı Əfqan Mehtiyev, Təşkilati inkişaf və insan kapitalı üzrə baş inzibatçısı Tural Məmmədov, EY Azərbaycan şirkətinin İqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə məsləhət xidmətləri üzrə baş meneceri Mirzə Əliyev və baş mütəxəssisi Nərgiz Əhmədzadə çıxış edərək mövzu üzrə təqdimatlar etmiş və tədbirin önəmindən bəhs ediblər.

Çıxışlar zamanı "İdmanın şəhər planlamasına inteqrasiyası", "Futbol turnirlərində dayanıqlılıq və hesabatlılığın rolu", "Tədbirin uğurla keçirilməsi üçün planlaşdırma, icra və risklərin idarə olunması" kimi mövzular barədə ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Şəkidə UEFA C kursu keçirilib
AFFA və Yohan Kroyff İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Premyer Liqada 31-ci turun oyun cədvəli müəyyənləşdi
Avropa çempionu olan millimiz vətənə qayıdıb
“Futbolda davamlı idarəetmə” mövzusunda seminar keçirilib
Azərbaycanlı gənc samboçu Avropanı fəth etdi
Batut gimnastikası və tamblinq üzrə Bakı çempionatı keçiriləcək
AFFA-dan təlimçi mütəxəssislər üçün çağırış
İki sərbəst güləşçimiz AÇ-nin yarımfinalında
Final oyununun nominal meydan sahibi məlum oldu
Ranyeri “Roma”dan ayrıldı
Ağdamda “İmarət” stadionunun tikintisinə başlanılıb
Təmkin Xəlilzadə ulduz futbolçularla bir komandada
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
Yüksək Liqada 18-ci turun oyun cədvəli açıqlandı
2-ci Liqada 24-cü turun təyinatları açıqlandı
İlk təyinatlar açıqlandı
Milli komandada yeni baş məşqçi
Azərbaycanı DÇ-də 10 karateçi təmsil edəcək
Günün oyunları – TV
Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır
“Gələn il daha yaxşı olacaq” - Günay Qurbanova
“Bayern”in finaldakı rəqibi bəlli oldu
“Vilyarreal” səfərdə xal itirdi
“Trabzonspor”la “Beşiktaş” yarımfinalda!
“Real” “İnter”in yarımmüdafiəçisi ilə maraqlanır
Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçildi
“Milan” “Fiorentina”nın yarımmüdafiəçisini satın almaq niyyətindədir
Qurbanova Avropa üçüncüsü oldu
“İnter” Dumfrislə bağlı qayğılıdır
DAHA ÇOX

Ən çox oxunanlar