AFFA və Yohan Kroyff İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AFFA və Yohan Kroyff İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Yohan Kroyff İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sports.az xəbər verir ki, məqsəd qarşılıqlı əməkdaşlıq çərçivəsində idman və futbol sahəsində istedadların inkişafına, bilik və bacarıqların artırılmasına töhfə verməkdir.

Əməkdaşlıq çərçivəsində Azərbaycanda bu institutun proqramlarında təhsil almaq istəyən şəxslər AFFA vasitəsilə daha əlçatan və güzəştli şərtlərlə iştirak edə biləcəklər. Bu imkan digər idman federasiyaları üçün də açıqdır.

Təşəbbüs yerli mütəxəssislərin beynəlxalq səviyyəli təhsil imkanlarından yararlanmasını təşviq edəcək, tərəflər arasında bilik və təcrübə mübadiləsini gücləndirəcək.

Bu əməkdaşlıq AFFA-nın futbol təhsili sahəsində beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və insan resurslarının inkişafına yönəlmiş strategiyasının bir hissəsidir. AFFA bununla ölkədə bu institutla əməkdaşlıq quran ilk idman federasiyası olub.

Qeyd edək ki, Yohan Kroyff İnstitutu idman idarəçiliyi, futbol biznesi, marketinq və liderlik sahələrində ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir. 1999-cu ildən fəaliyyət göstərən institut hazırda 90-dan çox proqram təqdim edir və 11 mindən artıq məzunu ilə geniş qlobal şəbəkəyə malikdir.

Yohan Kroyff İnstitutunun proqramları və təqdim olunan güzəşt imkanları barədə məlumat almaq istəyən şəxslər [email protected] e-mail ünvanına müraciət edə bilərlər.

Son xəbərlər
Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə cüdo birinciliyi keçiriləcək
Vinisiusu təhqir etdiyinə görə 6 oyunluq cəzalandırıldı
Bazarqanov Avropa çempionatında finala yüksəldi
Şəkidə UEFA C kursu keçirilib
AFFA və Yohan Kroyff İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Premyer Liqada 31-ci turun oyun cədvəli müəyyənləşdi
Avropa çempionu olan millimiz vətənə qayıdıb
“Futbolda davamlı idarəetmə” mövzusunda seminar keçirilib
Azərbaycanlı gənc samboçu Avropanı fəth etdi
Batut gimnastikası və tamblinq üzrə Bakı çempionatı keçiriləcək
AFFA-dan təlimçi mütəxəssislər üçün çağırış
İki sərbəst güləşçimiz AÇ-nin yarımfinalında
Final oyununun nominal meydan sahibi məlum oldu
Ranyeri “Roma”dan ayrıldı
Ağdamda “İmarət” stadionunun tikintisinə başlanılıb
Təmkin Xəlilzadə ulduz futbolçularla bir komandada
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
Yüksək Liqada 18-ci turun oyun cədvəli açıqlandı
2-ci Liqada 24-cü turun təyinatları açıqlandı
İlk təyinatlar açıqlandı
Milli komandada yeni baş məşqçi
Azərbaycanı DÇ-də 10 karateçi təmsil edəcək
Günün oyunları – TV
Sərbəst güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayır
“Gələn il daha yaxşı olacaq” - Günay Qurbanova
“Bayern”in finaldakı rəqibi bəlli oldu
“Vilyarreal” səfərdə xal itirdi
“Trabzonspor”la “Beşiktaş” yarımfinalda!
“Real” “İnter”in yarımmüdafiəçisi ilə maraqlanır
Sahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçildi
DAHA ÇOX

Ən çox oxunanlar