“Qarabağ” və “Neftçi” birgə bəyanat yaydılar

“Qarabağ” və “Neftçi” birgə bəyanat yaydılar

"Qarabağ" və "Neftçi" klubları birgə bəyanat yayıblar.

Sports.az xəbər veri ki, açıqlama sözügedən komandaların Misli Premyer Liqasında keçirəcəyi ardıcıl 2 oyunla bağlıdır. 

Bəyanatda Ağdam təmsilçisi və paytaxt klubu öz azarkeşlərini həmin matçlarda təmkinli olmağa və etik çərçivələri aşmamağa dəvət edib:

"26 və 30 aprel tarixlərində Azərbaycan futbol ictimaiyyətinin diqqəti “Palms Sports Arena”ya yönələcək. 4 gün aralıqla Misli Premyer Liqasının oyunları çərçivəsində “Qarabağ” və “Neftçi” komandaları iki dəfə üz-üzə gələcəklər.

Futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir.

Ölkənin iki ən titullu klubunun mübarizəsi həmişə ictimaiyyət, kütləvi informasiya vasitələri və futbolsevərlərin diqqət mərkəzində olub. Qarşıdakı iki oyunun da eyni marağa səbəb olacağına heç bir şübhə yoxdur.

Əzəli rəqiblərin təxminən 35 ildir davam edən rəqabəti ərzində azarkeşlər çoxsaylı parlaq oyunlara, gözəl qollara, meydanda barışmaz mübarizəyə şahidlik ediblər. Budəfəki qarşılaşmalar da bizə həyəcanlı anlar, bənzərsiz emosiyalar və əsl futbol şousu vəd edir.

Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. “Qarabağ” və “Neftçi” olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq.

Unutmayaq ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur. Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir.

Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir.

Azərbaycan futbolu qələbə qazansın!"

Son xəbərlər
“İmişli” “Sumqayıt”a belə uduzdu - VİDEO
29-cu turun qalan dörd görüşünün təyinatları açıqlandı
“Qəbələ” “Araz-Naxçıvan”a qarşı - YENİLƏNİR
Hümbətov Daşkənddə beynəlxalq yarışda iştirak edib
Beş sərbəst güləşçimiz AÇ-nin yarımfinalında!
“Sabah” finala yüksəldi
“Qarabağ” və “Neftçi” birgə bəyanat yaydılar
Flikdən zədəli Yamal haqda açıqlama
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” – Yankoviç
Mbappe sıradan çıxıb
“Yaxşı komanda olacağımıza ümid edirəm” – Millimizin üzvü
“Əsas məqsəd “Bakı” və “Kür”ü qabaqlamaqdır”
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
“Futbolçularımız çox istəklidirlər” – Millimizin baş məşqçisi
Sərxan Hacıyev: “Dünya çempionatının final matçına ev sahibliyi etmək niyyətindəyik”
U-20 millimiz Qəbələdə hazırlıqlarını davam etdirir
Azərbaycanın 4 boksçusu Dünya kubokunun yarımfinalında
Yarımfinalın ikinci oyunlarına start verilir
Daha 8 güləşçimiz AÇ-də mübarizəyə qoşulur
Yamal ən yaxşı seçildi
Günün oyunları – TV
“Çempion olmaq istəyirdim” - Jalə Əliyeva
“İmişli” “Sumqayıt”a, “Qəbələ” “Araz-Naxçıvan”a qarşı
“Real” yenə xal itirdi
“Nottingem Forest” 3 xalı 5 qolla qazandı
İlk oyunda məhsuldar heç-heçə
“Napoli”dən darmadağın
“Leypsiq”dən inamlı qələbə
“Başakşəhər”dən darmadağın
Əliyeva Avropa üçüncüsü oldu
DAHA ÇOX

Ən çox oxunanlar