Bağırov: “Əsl “Kəpəz” azarkeşləri bilir ki, Azər komandanı hansı durumda götürüb”

Bağırov: “Əsl “Kəpəz” azarkeşləri bilir ki, Azər komandanı hansı durumda götürüb”

“Kəpəz” bu gün Misli Premyer Liqasının 30-cu turunda “Sumqayıt”la üz-üzə gəlib.

Sports.az xəbər verir ki, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra “sarı-göylər”in baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib. Bağırov maraqlı oyun olduğunu bildirib:

“Mənim üçün maraqlı oyun oldu. Yaxşı başlaya bilərdik, amma epizodlardan yararlana bilmirik. Bəsit qollar buraxırıq. Ancaq futbolçularıma təşəkkür edirəm. Geridönüş edə bildilər.

Bundan başqa, azarkeşlərimizə, əsl gəncəli azarkeşlərə təşəkkür edirəm. Məğlub olanda belə, komandanı sona qədər dəstəklədilər. Əsl “Kəpəz” azarkeşləri bilir ki, Azər komandanı hansı durumda götürüb. Qışda da oyunçu dəvət edə bilməmişik. Ehtiyat oturacağımız geniş deyil. Hansı ki, Ceferson getdi, bu da Azər Bağırovun səhvi deyildi. Hansı azarkeş ki, “istefa” çağıracaq, o mənim üçün önəmli deyil. Çünki onlar dırnaqarası azarkeşlərdir”.

Bağırov, komandasının oyunda qazandığı iki penalti haqda da fikirlərini bölüşüb:

“UEFA Çempionlar Liqasındakı penaltilərə baxsaq, onları dəyərləndirsək, hər şey bizə aydın olar”.
 

Son xəbərlər
“Araz-Naxçıvan” “İmişli”yə, “Sumqayıt” “Kəpəz”ə uduzdu
Azərbaycanın 8 boksçusu “Heydər Əliyev kuboku”na qələbə ilə başladı
“Kəpəz” “Sumqayıt”a belə qalib gəldi – VİDEO
“Qəbələ”nin əvəzediciləri “Araz-Naxçıvan”a qalib gəldi
Bağırov: “Əsl “Kəpəz” azarkeşləri bilir ki, Azər komandanı hansı durumda götürüb”
“Hakimin Gəncədən olması, vaxtı ilə “Kəpəz”də oynaması gülməlidir”
“Heydər Əliyev kuboku”nun açılış mərasimi keçirilib
Məmmədəliyevdən bürünc medal
“Real”da ulduz futbolçunun davranışından narazıdırlar
“Sabah”dan final seriyasında ikinci qələbə
“Tottenhem” “Mançester Yunayted”in hücumçusuna iddia edir
“Real”da daha bir itki
Rəşid üçün “Böyük Dəbilqə”də “bürünc” şans
PSJ “Olimpik”in hücumçusu uğrunda mübarizəyə qoşuldu
Hücumçusu “Brentford”dan ayrıla bilər
“Barselona”nın heç vaxt imzalamayacağı futbolçu məlum oldu
61 ildən sonra ölkə kubokunu qazandılar
Antonidən Neymar açıqlaması
“Real”ın daxilində xoşagəlməz ab-hava hökm sürür
Halkla müqavilə ləğv edildi
“Yuventus”un Levandovski ilə bağlı mövqeyi məlum oldu
“Real”da ayın oyunçusu açıqlandı
İki komanda A Seriyasını tərk etdi, “Venetsiya” elitaya yüksəldi
“Real”ın düşərgəsindən xoşagəlməz xəbər var
Məmmədəliyev mübarizəyə başlayır
Spalletti ayın ən yaxşısı seçildi
Leyla Əliyevanın təşəbbüsü ilə minifutbol turniri təşkil olunub
Bu gün final seriyasının ikinci oyunu keçiriləcək
Günün oyunları – TV
“Kəpəz” “Sumqayıt”a, “Araz-Naxçıvan” “İmişli”yə qarşı
DAHA ÇOX

Ən çox oxunanlar