Azərbaycanın 8 boksçusu “Heydər Əliyev kuboku”na qələbə ilə başladı

Azərbaycanın 8 boksçusu “Heydər Əliyev kuboku”na qələbə ilə başladı

Bakıda 17 yaşadək yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirinə start verilib.

Sports.az xəbər verir ki, 8 ölkənin qatıldığı yarışın ilk günündə 19 döyüş baş tutub.

Bakı Boks Mərkəzində keçirilən turnirə Azərbaycan millisinin 8 idmançısı qələbə ilə başlayıb. Yığmamızın heyətində Nihad Məmmədli (48 kq) komanda yoldaşı Əlmurad Kərimliyə (5:0),  Amid Ələkbərov (63 kq) İsmayıl Aslanlıya (3:2), Məhəmməd Rüstəmov (63 kq) Amin Həsənzadəyə (4:1) qalib gəlib.

İsmayıl Nəsirzadə (52 kq) Matvey Şumyakovu (Estoniya, 5:0), Mirtahir Əhmədli (52 kq) Jalqas Abdraşovu (Qazaxıstan, 4:1), Əli Camalzadə (57 kq) İslam Orucovu (Qazaxıstan, 4:1) İbrahim Bədəlli (57 kq) Abrorbek Tengelovu (Özbəkistan, 5:0), Zirəddin Rüstəmov (80 kq) isə Nurislam Amankeldini (Qazaxıstan, 3:2) məğlub edib.

Yarışın ikinci gündə 29 görüş olacaq.

Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparır. 185 boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.

Son xəbərlər
“Taleyimin necə olacağını bilmirəm” - Demçenko
“İmişli”yə bir qol bəs etdi - VİDEO
“Araz-Naxçıvan” “İmişli”yə, “Sumqayıt” “Kəpəz”ə uduzdu
Azərbaycanın 8 boksçusu “Heydər Əliyev kuboku”na qələbə ilə başladı
“Kəpəz” “Sumqayıt”a belə qalib gəldi – VİDEO
“Qəbələ”nin əvəzediciləri “Araz-Naxçıvan”a qalib gəldi
Bağırov: “Əsl “Kəpəz” azarkeşləri bilir ki, Azər komandanı hansı durumda götürüb”
“Hakimin Gəncədən olması, vaxtı ilə “Kəpəz”də oynaması gülməlidir”
“Heydər Əliyev kuboku”nun açılış mərasimi keçirilib
Məmmədəliyevdən bürünc medal
“Real”da ulduz futbolçunun davranışından narazıdırlar
“Sabah”dan final seriyasında ikinci qələbə
“Tottenhem” “Mançester Yunayted”in hücumçusuna iddia edir
“Real”da daha bir itki
Rəşid üçün “Böyük Dəbilqə”də “bürünc” şans
PSJ “Olimpik”in hücumçusu uğrunda mübarizəyə qoşuldu
Hücumçusu “Brentford”dan ayrıla bilər
“Barselona”nın heç vaxt imzalamayacağı futbolçu məlum oldu
61 ildən sonra ölkə kubokunu qazandılar
Antonidən Neymar açıqlaması
“Real”ın daxilində xoşagəlməz ab-hava hökm sürür
Halkla müqavilə ləğv edildi
“Yuventus”un Levandovski ilə bağlı mövqeyi məlum oldu
“Real”da ayın oyunçusu açıqlandı
İki komanda A Seriyasını tərk etdi, “Venetsiya” elitaya yüksəldi
“Real”ın düşərgəsindən xoşagəlməz xəbər var
Məmmədəliyev mübarizəyə başlayır
Spalletti ayın ən yaxşısı seçildi
Leyla Əliyevanın təşəbbüsü ilə minifutbol turniri təşkil olunub
Bu gün final seriyasının ikinci oyunu keçiriləcək
DAHA ÇOX

Ən çox oxunanlar