“Çox xoşbəxtəm” - Dambrauskas

“Çox xoşbəxtəm” - Dambrauskas

“Sabah” Misli Premyer Liqasının 30-cu turnda bu gün “Şamaxı”nın qonağı olub.

Sports.az xəbər verir ki, oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı olub. Litvalı mütəxəssis 3:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:

“Əvvəla, oyunçularımı, bizə dəstək olan azarkeşlərimizi təbrik etmək istəyirəm. Düzdür, həftə ortasında çempion olmağımız xəbərini alandan sonra bu oyuna köklənmək çətin idi. Buna baxmayaraq, oyunçularıma təşəkkür edirəm. Mən çox xoşbəxtəm. “Şamaxı” kimi komandaya üç qol vurmaq asan deyil. Bu gün meydanın hər mövqeyində dominant komanda biz idik. Bir daha futbolçularıma belə peşəkar yanaşmalarına, loqoya qoyduqları hörmətə görə minnətdaram.

Bu, mənim üçüncü çempionluğumdur. Litvada, Bolqarıstanda bu uğuru yaşamışam. Düşünürəm ki, bu, mənim ən böyük nailiyyətlərimdən biridir. Tam xatırlamıram, amma səhv etmirəmsə, 9 aydır məğlub olmuruq. Çoxlu qollar vurmuşuq. Azərbaycan liqası çox çətindir. UEFA Çempionlar Liqasında çıxış edən komandanı geridə qoyub çempion olmaq asan deyil. Buna görə komandanın süpürgəcisindən tutmuş, prezidenitmizə, bütün kollektivə təşəkkürlərimi bildirirəm.

Kubok bir oyundan ibarətdir. Kim daha yaxşı çıxış edəcək, kim daha az səhv edəcəksə, o da qalib olacaq. Hər kəs çıxıb meydançada öz işini görəcək. Bizim üçün qalibiyyət çox önəmlidir. Qalib gəlmək istəyirik. Çalışacağıq ki, meydana çıxıb, kuboku qazanaq.

Həqiqətən, Cəfər Muxtarovun bizə gəlməsi və əsas komandaya qoşulması bir az qəribə oldu. Və mən gördüm ki, onun yaxşı keyfiyyətləri var. Həm də, bizim məşqlərimizə uyğun gəldi. Biz daha çox top saxlamaq və irəliyə oynamaq istəyirdik. Gördüm ki, o da bu sistemə uyğun gəlir. Baxmayaraq ki, oyunlarda çox vaxt almır. Amma məşqlərdə iştirak edən oyunçuların da çox böyük töhfəsi olur. Bizim kimi komandalarda rəqabət yüksək səviyyədə olur. Düşünürəm ki, milli komanda da Cəfəri nəzərdən keçirməlidir. Gələcək nə göstərəcək, bilmirəm, amma o, bu gün oynamağa layiq idi”.

Son xəbərlər
“Sabah”ın “Şamaxı” üzərində qələbəsi - VİDEO
“Göygöl” evdə xal itirdi
“Epizodları dəyərləndirə bilmədik” - Ayxan Abbasov
“Zirə” “Qəbələ”yə qarşı - YENİLƏNİR
“Çox xoşbəxtəm” - Dambrauskas
“Arsenal” müdafiəçisini satmaq niyyətindədir
“Bakı Marafonu”nun mükafatlandırma mərasimi olub
“Şamaxı” və “Sabah”da ciddi itki
“Qalatasaray” “Mançester Siti”nin kapitanını ələ keçirmək istəyir
“İnter” İtaliya çempionluğunu bu gün rəsmiləşdirə bilər
“Roma” İtaliya çempionu oldu
“Tottenhem” Fofana ilə maraqlanır
“Bakı Marafonu”nun qalibləri müəyyənləşdi
“Ludoqorets”in 14 illik hegemonluğuna son qoyuldu
“Arsenal” yarımmüdafiəçisinin satışı üzərində düşünür
Dadaşovun komandasından ardıcıl 3-cü məğlubiyyət
Vüsalın komandası evdə 4 qola üzüldü
Livramento satılmasını istəyir
Zamiq əvəzləndi, komandası yenə uduzdu
Nəriman oynadı, komandası uduzdu
Bernardo Silvanın gələcək klubuna keçidi böyük faizlə razılaşdırılıb
“Şalke” yenidən Bundesliqada
İlk dəfə Super Liqaya yüksəldilər
İngiltərə nəhəngləri “Yuventus”un hücumçusu uğrunda çəkişəcəklər
Mahirin komandası yenə uduzdu
Premyer Liqaya yüksələn növbəti komanda bəlli oldu
PSJ-nin hücumçusu İtaliya A Seriyasına keçə bilər
“Bakı Marafonu”na start verildi
Hücumçusu “Yuventus”dan ayrıla bilər
Günün oyunları – TV
DAHA ÇOX

Ən çox oxunanlar