“Daha yaxşı oyun sərgiləməliyik” - Rəşad Sadıqov

“Daha yaxşı oyun sərgiləməliyik” - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda "Qəbələ"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 1:0 hesablı qələbə qazandıqları matçı belə şərh edib:

"Bizim üçün ağır oyun oldu. Rəqib çox baxımlı futbol oynayır. Düşünürəm ki, bu komanda avrokuboklar uğrunda mübarizə aparmalı idi. Son oyunlarda yaxşı oynasalar da, nəticə qazanmaqda çətinlik çəkdiklərini düşünürəm. Matç gərgin mübarizə şəraitində keçdi. Özümüzdə güc tapıb növbəti matçlarda daha yaxşı oyun sərgiləməliyik. Matça çox pis başlamışdıq. İkinci hissədə müəyyən qədər oyunu düzəldə bildik. Futbolçularımı sona qədər əzmkar mübarizə apardıqları üçün təbrik edirəm.

Birinci hissədə çoxsaylı top itkilərimiz oldu. Sıx qrafik, aprel ayının yorğunluğu müəyyən qədər buna təsir göstərirdi. İmkan düşdükcə müəyyən mövqelərdə rotasiyalar etdik. Enrikenin zədəsi bizim üçün ciddi problem yaradır. Belə ki, İssa Cibrilanı rotasiya edə bilmirik. İssa da bilirik ki, üst-üstə ağır oyunlar keçirdikdə zədəyə meyilli olur. Onu bu gün qorxa-qorxa meydanda saxladıq. Qol vurduqdan sonra dərhal əvəz etdik”.

Son xəbərlər
Millimizin üzvü oynadı, komandası uduzdu
Samir Məmmədli Avropa çempionatının qalibi oldu
“Daha yaxşı oyun sərgiləməliyik” - Rəşad Sadıqov
“Bu oyunda da bəsit qol buraxdıq” - Sxadadze
“Qəbələ” “Zirə”yə belə uduzdu - VİDEO
“Zirə” “Qəbələ”yə, “Sabah” “Şamaxı”ya qalib gəldi
Cəlal oynadı, komandası evdə xal itirdi
“Böyük Dəbilqə”də 3 medal
“Sabah”ın “Şamaxı” üzərində qələbəsi - VİDEO
“Göygöl” evdə xal itirdi
“Epizodları dəyərləndirə bilmədik” - Ayxan Abbasov
“Çox xoşbəxtəm” - Dambrauskas
“Arsenal” müdafiəçisini satmaq niyyətindədir
“Bakı Marafonu”nun mükafatlandırma mərasimi olub
“Şamaxı” və “Sabah”da ciddi itki
“Qalatasaray” “Mançester Siti”nin kapitanını ələ keçirmək istəyir
“İnter” İtaliya çempionluğunu bu gün rəsmiləşdirə bilər
“Roma” İtaliya çempionu oldu
“Tottenhem” Fofana ilə maraqlanır
“Bakı Marafonu”nun qalibləri müəyyənləşdi
“Ludoqorets”in 14 illik hegemonluğuna son qoyuldu
“Arsenal” yarımmüdafiəçisinin satışı üzərində düşünür
Dadaşovun komandasından ardıcıl 3-cü məğlubiyyət
Vüsalın komandası evdə 4 qola üzüldü
Livramento satılmasını istəyir
Zamiq əvəzləndi, komandası yenə uduzdu
Nəriman oynadı, komandası uduzdu
Bernardo Silvanın gələcək klubuna keçidi böyük faizlə razılaşdırılıb
“Şalke” yenidən Bundesliqada
İlk dəfə Super Liqaya yüksəldilər
DAHA ÇOX

Ən çox oxunanlar