“Zirə” ilə qarşılaşmanı səbirsizliklə gözləyirik” - Dambrauskas

“Zirə” ilə qarşılaşmanı səbirsizliklə gözləyirik” - Dambrauskas

“Sabah" "Zirə" ilə qarşılaşmanı səbirsizliklə gözləyir.

Sports.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Zirə"yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis həlledici matçda qələbə qazanacaqlarına inandığını söyləyib:

"Əvvəla, hər birinizi burada görməkdən məmnun olduğumu söyləmək istəyirəm. Mənim üçün bu gün burada olmaq şərəfdir. Ardıcıl ikinci dəfədir ki, kubokun finalında iştirak edəcəyik. Səbrsizliklə sabahkı matçı gözləyirik. İstəyimiz mövsümü iki titulla bitirməkdir. "Zirə" komandasını da təbrik etmək istəyirəm. Çünki onlar da finala qədər irəliləyiblər. Maraqlı görüşün keçəcəyinə inanıram. Bütün azarkeşləri stadiona dəvət edirəm".

Litvalı mütəxəssis tarixi görüşə çıxacaqlarını vurğulayıb:

"Bu matç mənim üçün böyük əhəmiyyət kəsb edir. Bu, bizim üçün tarixi fürsətdir. Qızıl dubl etsək, klubun adını tarixə yazdırmış olacağıq. Bu görüşdə istənilən nəticə ola bilər. Penaltilər seriyası üzərində işləməmişik. Keçmişdə bir necə kubok finalı görmüşəm. Mənim üçün finalda çıxış etmək təcrübə qazandırmır. Təcrübə hər gün məşqlərdə qazanılır. İnanıram ki, sabahkı görüşdə layiqli komanda qələbə qazanacaq. Çox istəyirəm ki, "Zirə" ilə görüşdə həyəcan olsun, matç gərgin mübarizə şəraitində keçsin".

Valdas Dambrauskas üzərlərində böyük təzyiq olmadığını bildirib:

"Sizə taktiki gedişlərlə bağlı ətraflı məlumat versəm, marağı qalmaz. Cari mövsümdə "Zirə" ilə 3 dəfə qarşılaşmışıq. İnanın, onların əvvəlki matçlarda hansı taktika ilə oynadıqlarını xatırlamıram. Biz sabahkı görüşə hər oyuna hazırlaşdığımız kimi hazırlaşacağıq. Üzərimizdə böyük təzyiq yoxdur. Meydana çıxıb öz oyunumuzu sərgiləyəcəyik".

Qeyd edək ki, "Sabah" - "Zirə" görüşü mayın 13-də, saat 20:00-da "Palms Sports Arena"da start götürəcək.

Son xəbərlər
İsveç millisindən darmadağın
“Bərabərlik qolu komandanın xarakterini göstərdi”
“Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir”
Niderland - Yaponiya matçının ən yaxşı futbolçusu bilindi
Niderland - Yaponiya matçında məhsuldar heç-heçə
“Kurasao yığması dünya çempionatında öz sözünü deyəcək”
Almaniya millisində yeni rekordçu
Şotlandların dünya çempionatında yeni rekordçusu
“Yeddi qol vurmağımızdan çox razıyam”
Almaniya - Kurasao oyununun ən yaxşı futbolçusu bəlli oldu
“Turan Tovuz” hazırlığa başladı
“Liveprul” “İnter”in müdafiəçisi ilə maraqlanır
Azərbaycan millisi İspaniyaya məğlub oldu
Almaniya millisindən darmadağın
“Mançester Siti”nin qapıçısı “Nyukasl”a üz tuta bilər
“Çelsi” “Liverpul”un hücumçusunu imzalamaq istəyir
Məhəmməd Muradlı beynəlxalq turnirdə birinci oldu
Yarımmüdafiəçisi “Mançester Siti”dən ayrıla bilər
Azərbaycan yığması Avropa Kubokunun final mərhələsinə vəsiqə qazandı
PSJ “Real”ın transfer hədəfini ələ keçirməyə hazırlaşır
“Şamaxı” növbəti transferini açıqladı
Azərbaycan millisi Avropa Kubokunun finalına yüksəldi
Avropa nəhəngləri “Everton”un müdafiəçisi ilə maraqlanırlar
Ukraynada mövsümün ən yaxşı məşqçisi seçildi
ABŞ-a buraxılmayan hakim bütün mükafatını alacaq
“İnter” “Real”ın braziliyalı ulduzuna diqqət yetirir
“Roma” “Milan”ın hücumçusu ilə güclənə bilər
“Tottenhem” “Liverpul”un hücumçusuna görə təklif ünvanlayacaq
Xabi Alonsonun “Çelsi”də görmək istədiyi oyunçu bəlli oldu
“Barselona” daha bir transfer hədəfi müəyyənləşdirdi
DAHA ÇOX

Ən çox oxunanlar