Dünya futbolu
Qapıçısı PSJ-dən ayrıla bilər

12.05.2026 | 17:45
PSJ-nin fransız qapıçısı Lyuka Şevalye yayda Paris komandasının düşərgəsini tərk edə bilər.
Sports.az xəbər verir ki, Şevalye əsas qapıçı mövqeyi uğrunda rəqabəti rusiyalı qapıçı Matvey Safonova uduzduğundan, PSJ-dən ayrılmaq qərarına qəlib.
Vurğulanır ki, Şevalye ehtiyat qapıçı olmaq niyyətində deyil. Bununla belə, Şevalyenin gedişinə PSJ-nin qərar verəcəyi vurğulanır. Belə ki, Paris klubunun fransız qapıçı müqabilndə tələb edə biləcəyi yüksək məbləğ, Şevalyenin gedişinə əngəl ola bilər.
Son xəbərlər





























