Ramiz Məmmədov hakimlikdən narazı qaldı

“Mingəçevir” bu gün Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçında “Qəbələ” ilə üz-üzə gəlib.
Sports.az xəbər verir ki, Sumqayıtda keçirilən oyundan sonra bölgə təmsilçinin baş məşqçisi Ramiz Məmmədovun mətbuat konfransı olub.
Məmmədov 0:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Uşaqlara “sağ ol” deyirəm. Əla oyun oldu. Komandamın oyunundan razı qaldım. Narazı qaldığım məqamlar oldu. Hakimliklə bağlı danışan adam deyiləm. Məncə, bu oyuna Tural Qurbanovun təyinatı yersiz idi.
Mövqelərə baxsaq, o mövqedə cərimə yox idi. Penalti epizoduna baxdıqda isə orada düzgün qərar verilmədi. Həmin epizodda ilk olaraq “Qəbələ”nin oyunçusu bizim futbolçunu itələyir. Həmin anda avantaja buraxmamalı idi. Oyunun qırılma anı sırf hakim hesabına oldu.
“Qəbələ”yə uğurlar arzulayıram”.





























