Digər
Azərbaycan qran-prisi üçün rekord sayda müraciət

08.05.2026 | 17:30
Bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan qran-prisi üçün könüllü proqramına qeydiyyat mərhələsi rekord göstərici ilə yekunlaşıb.
Bu barədə Sports.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, 72 saat ərzində 49 000 müraciətin daxil olması Azərbaycan Qran-prisi tarixində qeydə alınmış ən yüksək nəticə olub.
Bu rəqəm 2024-cü ildə 16 000, ötən il isə 31 000 təşkil etmişdi.
Qeyd edək ki, Azərbaycan qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
Son xəbərlər





























