Bakıda beynəlxalq yarışa start verilib

Bakıda beynəlxalq yarışa start verilib

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Dünya Atletikasının dəstəyi ilə əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq memoriala start verilib.

Sports.az xəbər verir ki, açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov Əfqan Səfərovun ölkəmizdə atletikanın inkişafı yolunda xidmətlərindən danışaraq memorialın nüfuzlu yarışlara seçim baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Dünya Atletikasının təqvim platformasına daxil olan yarışda Azərbaycan atletləri ilə yanaşı, Gürcüstan, Qırğızıstan və Tacikistandan ümumilikdə 80-ə yaxın idmançı mübarizə aparır.

Memorialın ilk günündə 100 metr məsafəyə qaçış üzrə kişilər və qadınlar arasında müvafiq olaraq Tembo Con və Lamiyə Vəliyeva, 400 metr məsafəyə qaçışda Qırğızıstan təmsilçisi Ruslan Litovski və İlahə Quliyeva, 1500 metr məsafəyə qaçışda isə Bəxtiyar Əsgərli turnirin qalibi olublar. Üç təkanla tullanmada Rüstəm Məmmədov və Yekaterina Sarıyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Nüvə itələmə növündə isə İsmayıl Əliyev və Səkinə Hacızadə qalib adını qazanıblar.

Qeyd edək ki, memorial Avropa çempionatı, Balkan çempionatı və aşağı yaş qrupları üzrə nüfuzlu yarışlarda iştirak edəcək idmançıların müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Son xəbərlər
Millinin Türkiyə toplanışı üçün heyəti açıqlandı
“Araz-Naxçıvan” “Zirə”yə, “Neftçi” “Kəpəz”ə qalib gəldi
Liqa yarışının 3-cü turuna start verildi
Bakıda beynəlxalq yarışa start verilib
Orxan Məmmədov AÇ-dən öncə milli üzvləri ilə görüşdü
“Məktəbli Kuboku”nun qalibləri müəyyənləşdi
“Kəpəz” “Neftçi”yə belə uduzdu - VİDEO
“Neftçi”nin əvəzedicilərindən 9 cavabsız qol
“Verilən sözlərin arxasında durmağın tərəfdarıyam” - Azər Bağırov
“Yaxşı nəticələr əldə etmək üçün mütləq güclənməliyik”
Muharemoviç İngiltərə Premyer Liqasına üz tuta bilər
Ayxan Abbasov “Şamaxı”dan getdi - RƏSMİ
“Qarabağ”da üç ayrılıq rəsmən açıqlandı
MY yeni yarımmüdafiəçisini satın almağa yaxındır
Premyer Liqada mövsümün ən yaxşı futbolçusu məlum oldu
Peres prezidentlik üçün namizədliyini rəsmən irəli sürdü
Oblak İtaliya nəhənginə qoşula bilər
“Barselona” “Arsenal”ın müdafiəçisi ilə maraqlanır
Azərbaycan millisinin növbəti rəqibi bəlli oldu
Cüdoçularımız İspaniyada beynəlxalq təlim-məşq toplanışında
“Liverpul”un sabiq qapıçısı karyerasını başa vurur
Emrah Paşa
Azərbaycanın altı boksçusu üçün Batumi sınağı
Feliks mövsümün ən yaxşı futbolçusu seçildi
Millimizin Avstriya toplanışı üçün heyəti açıqlandı
“İnter” “Arsenal”ın qapıçısı ilə güclənə bilər
Mövsümün ən yaxşıları açıqlandı
“Bayern” müdafiəçisini satmağa hazırdır
“Tottenhem” yeni qapıçı satın ala bilər
Benites istefaya göndərildi
DAHA ÇOX

Ən çox oxunanlar