Digər
Azərbaycan yığmasından ilk gündə bir qələbə, bir məğlubiyyət

01.06.2026 | 23:20
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokuna qələbə ilə başlayıb.
Sports.az xəbər verir ki, yığmamız qrup mərhələsindəki ilk matçında Madaqaskarı 21:13 hesabı ilə məğlub edib.
Azərbaycan millisi qrupda növbəti görüşünü də eyni gündə Niderlanda qarşı keçirib. Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv A qrupunun bu görüşündən məğlubiyyətlə ayrılıb - 13:19.
Son xəbərlər





























