Digər
Azərbaycan boksçuları dünya kubokuna Çimkənddə hazırlaşacaq

01.06.2026 | 19:30
Azərbaycanın kişi boksçulardan ibarət millisi Qazaxıstana yollanıb.
Sports.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışını Çimkənddə davam etdirəcək.
13 boksçunun cəlb olunduğu hazırlıq iyunun 12-də başa çatacaq. Toplanışda əsasən texniki-taktiki məşqlərə üstünlük veriləcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.
Qeyd edək ki, məşqlər Çində keçiriləcək Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.
Son xəbərlər





























