Xankəndidə sosial aksiya

Xankəndidə sosial aksiya

AFFA-nın təşkilatçılığı ilə Xankəndidə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial aksiya keçirilib.

Sports.az xəbər veri rki, tədbir AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin təşkilatçılığı, həmçinin AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsinin dəstəyi ilə baş tutub.

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva çıxışında uşaqların rifahının və təhsilinin dəstəklənməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. O, uşaqlara göstərilən diqqət və qayğının gələcək nəslin formalaşmasında vacib rol oynadığını vurğulayıb.
Əməkdaşlıq çərçivəsində Xankəndi şəhərində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasının bu il birinci sinfə gedəcək uşaqları üçün zəruri məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib. Hədiyyələri beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Gülnurə Əkbərzadə təqdim ediblər. Referilər uşaqlarla görüşərək onları qarşıdan gələn məktəb həyatı münasibətilə təbrik edib, gələcək təhsillərində uğurlar arzulayıblar.

Aksiya uşaqların təhsilə hazırlığının dəstəklənməsi və onların bayram sevincinin bölüşülməsi məqsədilə təşkil edilib.

Qeyd edək ki, azad edilmiş ərazilərdə AFFA tərəfindən sosial layihələrin davam etdirilməsi nəzərdə tutulur.

Son xəbərlər
Azərbaycan boksçuları dünya kubokuna Çimkənddə hazırlaşacaq
Azərbaycan idmançılarının iyun ayı üçün reytinq cədvəli açıqlandı
Slot “Milan”ı çalışdıra bilər
"Turan Tovuz" avrokuboklardan kənarlaşdırıla bilərmi?
Səudiyyə Ərəbistanı millisinin DÇ-2026 üçün heyəti açıqlandı
Xankəndidə sosial aksiya
Konate “Çelsi”yə keçməyəcək
Ançelottinin yeni iş yeri bəlli oldu
“Barselona” “Bornmut”un hücumçusu ilə maraqlanır
Azərbaycan klubunun futbolçusu “Marakana”da
Meksikanın DÇ-2026 üçün yekun heyəti açıqlandı
Leao “Milan” azarkeşlərinin tənqidinə tuş gəldi
Çexiya millisinin DÇ-2026 üçün yekun heyəti
“Qəbələ” 3 futbolçusu ilə yollarını ayırdı
“Betis” “Real”ın yarımmüdafiəçisi ilə maraqlanır
Dünya Seriyasının 2-ci mərhələsində iki medal
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
Milner karyerasını başa vurdu
MY “Barselona”dan ayrılmış ulduzu nəzərdən keçirir
Yığmamız beynəlxalq turnirdə 4-cü oldu
“Gəncə” Ukrayna millisinin üzvü ilə müqavilə bağladı
Əlcəzair yığmasının DÇ-2026 üçün heyəti bəlli oldu
Mario Mitay Avropa futboluna qayıda bilər
“Zirə”nin futbolçusu əməliyyat olunub
Millimiz Ankarada yoxlama oyunları keçirəcək
Azərbaycanlı futbolçu 2-ci dəfə Albaniya çempionu oldu
Nikolas Ceksonun gələcəyi sual altındadır
Günün oyunları – TV
Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
İspaniya nəhəngləri Qvardiolla maraqlanırlar
DAHA ÇOX

Ən çox oxunanlar