Dünya futbolu
Ançelottinin yeni iş yeri bəlli oldu

01.06.2026 | 17:45
İtaliyalı mütəxəssis Davide Ançelotti “Lill” klubunun yeni baş məşqçisi təyin edilib.
Sports.az xəbər verir ki, bu haqda Fransa klubunun yaydığı açıqlamada bildirilib.
36 yaşlı çalışdırıcı ilə iki illik müqavilə imzalanıb. O, son illərdə "Bayern", "Napoli", "Everton", "Real" (Madrid) və Braziliya millisində köməkçi məşqçi kimi fəaliyyət göstərib. 2025-ci ildə isə oğul Ançellotti "Botafoqo"nun (Braziliya) baş məşqçisi təyin edilib və cəmi 5 ay sonra istefaya göndərilib.
Qeyd edək ki, “Lill” 2025/2026 mövsümünü Fransa Liqa 1-də 3-cü pillədə başa vurub. Komanda bununla UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsinə vəsiqə qazanıb.
Son xəbərlər





























