“Liverpul”un necə bir məşqçi axtarışında olduğu məlum oldu

“Liverpul”un komandanın baş məşqçisi vəzifəsinə tələbləri məlum olub.

Sports.az xəbər verir ki, “Liverpul” klub daxilində inkişaf edə biləcək gənc məşqçi, eləcə də hücum futbolu oynayan və güclü şəxsiyyətə malik bir mütəxəssis axtarır.

Vurğulanır ki, aprel və may ayları namizədlərlə ilkin danışıqlar üçün əsas aylar olacaq.

Xatırladaq ki, daha əvvəl, “qırmızılar”ın baş məşqçisi, alman mütəxəssis Yurgen Klopp cari mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar