“Real” onun üçün 20-25 milyon avro məbləğdən çox xərc çəkməyi düşünmür

“Real” rəhbərliyi “Bayern”in 23 yaşlı kanadalı sol cinah müdafiəçisi Alfonso Deyvisin transferi müqabilində 20-25 milyon avro məbləğdən çox pul ödəməyəcəyinə qərar verib.

Sports.az xəbər verir ki, “Real” rəhbərliyi üçün Deyvisin “qaymaqlılar” üçün oynamaq istəyini ortaya qoyması amili vacibdir.

Hələlik Deyvis susur, kanadalı müdafiəçini komandada saxlamaq istəyən “Bayern” isə həftə sonuna qədər futbolçunun qərara gəlməsinə vaxt müəyyənləşdirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar