Dünya futbolu
Luis Enrike PSJ ilə razıllığa gəldi

22.04.2026 | 12:40
PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrike Paris klubu ilə yeni müqavilə razılaşdırıb.
Sports.az xəbər verir ki, yeni müqavilənin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Xatırladaq ki, Luis Enrikenin PSJ ilə cari müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bildirilir ki, Luis Enrike hazırda cari mövsümə köklənib, o səbəbdən PSJ yeni müqaviləni cari mövsümün sonunda rəsmiləşdiriləcək.
Son xəbərlər





























