AFFA-nın əməkdaşları UEFA seminarına qatılıb

AFFA-nın əməkdaşları UEFA seminarına qatılıb

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisləri Orxan Mikayıllı və Ziya Səfərov Portuqaliyanın paytaxtı Lissabonda UEFA-nın təşkilatçılığı ilə "Məktəblərdə Futbol" mövzusunda təşkil olunan semiara qatılıb.

Sports.az xəbər verir ki, aprelin 21–23-nü əhatə edəcək tədbir Avropa ölkələri arasında məktəb futbolunun inkişafı, kütləviliyin artırılması və uşaqların idmana cəlb olunması istiqamətində təcrübə mübadiləsinin genişləndirilməsini hədəfləyir.

Seminarda Azərbaycanla yanaşı, Portuqaliya, Avstriya, Belçika, Danimarka, İngiltərə, Finlandiya, Almaniya, Macarıstan, İtaliya, Niderland, Polşa, İrlandiya, Şotlandiya, İsveç, İsveçrə, Türkiyə və Uelsin də nümayəndə heyəti iştirak edir.

Tədbir çərçivəsində məktəblərdə futbol layihələrinin tətbiqi, uşaqların erkən yaşlardan idmana marağının artırılması, inklüzivlik və gender bərabərliyi prinsiplərinin təşviqi kimi mühüm mövzular müzakirə olunur.

Azərbaycanın nümayəndə heyəti seminar çərçivəsində müxtəlif ölkələrin uğurlu təcrübələri ilə tanış olur, interaktiv sessiyalarda iştirak edir.

Qeyd edək ki, bu cür tədbirlər UEFA-nın kütləvi futbol strategiyasının əsas istiqamətlərindən biri olmaqla, üzv assosiasiyalar arasında bilik və təcrübə paylaşımının gücləndirilməsinə xidmət edir.

Son xəbərlər
“Arsenal” “Real”ın müdafiəçisi ilə maraqlanır
“Yuventus” ondan “can qurtarmaq” niyyətindədir
Millimizdə baş məşqçi dəyişikliyi
“Liverpul” baş məşqçisinə güzəştə gedəcək
Kivu “İnter”in uğur sirrini açdı
“Real”ın kapitanı baş məşqçisindən narazıdır
“Yuventus”un Levandovskiyə təklifinin təfərrüatı məlum oldu
“Mançester Siti” Kompani ilə bağlı ümidə qapılıb
Baş məşqçisi “Napoli”dəki gələcəyi ilə bağlı qərar qəbul etdi
Luis Enrike PSJ ilə razıllığa gəldi
Günün oyunları – TV
Rafael Markes bu millinin baş məşqçisi olacaq
“Qarabağ” rəsmiləri UEFA Forumunda
“Lester Siti” 3-cü diviziona düşdü
Rebrov Ukrayna millisinin baş məşqçisi postundan istefa verdi
Daha iki boksçumuz Dünya Kubokunda qələbə qazandı
AFFA-nın əməkdaşları UEFA seminarına qatılıb
Yarımfinal mərhələsi başlayır
İki qadın güləşçimiz Avropa çempionatında mübarizəyə start verir
Premyer Liqa klubunda yeni baş məşqçi
“Sabah” “Qarabağ”a qarşı
“Real”dan çətin qələbə
Fransa kubokunun ilk finalçısı müəyyənləşdi
“İnter” finalda!
“Çelsi” darmadağına üzüldü
“Konyaspor” “Fənərbağça”nı yarımfinala buraxmadı
Rəşad və İslam Avropa üçüncüsü oldular
Konate gələcəyi ilə bağlı qərar verdi
MY “Palmeyras”ın yeniyetmə ulduzuna görə ödənişə hazırdır
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
DAHA ÇOX

Ən çox oxunanlar