Dünya futbolu
“Mançester Siti” Kompani ilə bağlı ümidə qapılıb

22.04.2026 | 13:20
Məlum olduğu kimi, “Mançster Siti” rəhbərliyi “şəhərlilər”in baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiolanın mümkün xələfi olaraq, “Bayern”nın baş məşqçisi, belçikalı mütəxəssis Vensan Kompanini görür.
Sports.az xəbər verir ki, “Pep” istefa verəcəyi halda, “Mançester Siti” Kompanini dəvət etmək istəyir, amma “Bayern” belçikalı mütəxəssisdən “bərk yapışıb”.
“Mançester Siti”də ümid edirlər ki, Kompani “Bayern” ilə cari mövsümdə üçəm qazana bilsə, “şəhərlilər”in sükanı arxasında yeni çağırışı qəbul etməyə razı ola bilər.
Son xəbərlər





























