Dünya futbolu
“Liverpul” baş məşqçisinə güzəştə gedəcək

22.04.2026 | 14:40
Daha əvvəl yayılmış məlumatın əksinə olaraq, “Liverpul” rəhbərliyi “qırmızılar”ın baş məşqçisi, niderlandlı mütəxəssis Arne Slotu istefaya göndərməyəcək.
Sports.az xəbər verir ki, klub rəhbərlyinin müvafiq qərarı müəyyən şərtə dayanır.
Belə ki, Slot “Liverpul”un, Çempionlar Liqasının növbəti mövsümündə iştirakını təmin etməlidir. Müvafiq nəticə, Slotun cari mövsümdə heç bir qənimət qazanmadığına rəğmən, klub rəhbərliyi tərəfindən qənaətbəxş hesab ediləcək. Belə ki, “Livepul” cari mövsüm ərzində çoxsaylı zədəlilərlə üzləşib, bu isə klub rəhbərliyinin qənaətincə, “qırmızılar”ın qənimətlər uğrunda mübarizə imkanlarına birbaşa təsirini göstərib.
Son xəbərlər





























