Dünya futbolu
“Bayern” “Nyukasl”ın hücumçusu ilə razılıq əldə etdi

14.05.2026 | 16:30
“Bayern” “Nyukasl”ın ingilis cinah hücumçusu Entoni Qordonun Münhen klubuna keçidi ilə bağlı, futbolçu ilə razılıq əldə edib.
Sports.az xəbər verir ki, buna rəğmən, məsələdə “əmma” var.
Belə ki, “sağsağanlar” Qordon müqabilində ən azı 75 milyon funt-sterlinq məbləğində ödəniş tələb edirlər. Müvafiq məbləği “Bayern” yüksək hesab edir. Məsələ açıq olaraq qalır.
Son xəbərlər





























