UEFA-nın dəstəyi ilə turnir keçirilib

UEFA-nın dəstəyi ilə turnir keçirilib

UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futzal turnirinə yekun vurulub.

Sports.az AFFA-ya istinadən xəbər verir ki, turnir universitetin müxtəlif fakültələrini təmsil edən tələbə komandaları arasında keçirilib və universitetdaxili idman həyatının canlandırılması, tələbələr arasında sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb.

Yarışın həlledici oyunları AZMİU-nun idman zalının futzal meydançasında baş tutub. Üçüncü yer uğrunda görüşdə İnşaat fakültəsinin komandası Memarlıq fakültəsinin kollektivini 5:1 hesabı ilə məğlub edərək turnirin bürünc mükafatçısı olub. Final qarşılaşmasında isə Tikinti-İqtisad fakültəsinin komandası ilə Nəqliyyat fakültəsinin komandası üz-üzə gəliblər. Rəqibini 3:2 hesabı ilə üstələyən Tikinti-İqtisad fakültəsinin komandası yarışın qalibi olub.

Turnirin yekununda qalib komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutanlar isə müvafiq medallarla mükafatlandırılıblar. Bununla yanaşı, fərqlənən oyunçular müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlara layiq görülüblər.

Mükafatlandırma mərasimində veteran futbolçu Vəli Qasımov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəsmi şəxsləri iştirak edərək qalib və mükafatçı komandaları təbrik edib, onlara kubok və mükafatları təqdim ediblər.

Son xəbərlər
Malenin transfer hüquqlarını aldılar
Dambrauskas ilkə imza atdı
“Bakı-Xankəndi” yarışını ömrümün sonunadək xatırlayacağam”
9 ildən sonra
“Neftçi”nin apellyasiya şikayəti təmin edilmədi
“Sabah” Puxaçın transfer hüquqlarını aldı
“Bakı–Xankəndi” yarışının 5-ci mərhələsinin qalibi bəlli oldu
Oyunun başlama vaxtı dəyişdirildi
Final matçının başlama saatı açıqlandı
Bir oyuna təyinatlar açıqlandı
“Qarabağ”la AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı
UEFA-nın dəstəyi ilə turnir keçirilib
AFFA prezidentindən “Neftçi”yə təbrik
“Vest Hem” yarımmüdafiəçisinə qiymət qoydu
PSJ yeni keçidini gerçəkləşdirmək üçün danışıqlar planladı
“Bakı–Xankəndi” velosiped yarışına bu gün yekun vurulacaq
Günün oyunları – TV
London nəhəngləri “Komo”nun müdafiəçisi ilə maraqlanırlar
“Atalanta”da baş məşqçi dəyişikliyi gözlənilir
“Barselona” səfərdə uduzdu
PSJ çempionluğu təmin etdi
“İnter” kuboku da qazandı
“Mançester Siti”dən darmadağın
AGF-də yeni komitə təsis edildi
“Sabah”dan finalda əzmkar qələbə - VİDEO
AFFA prezidenti “Sabah”ı təbrik etdi
Xədicə Qurbanzadə Avropa çempionatının finalında
Əli Cavadlı Avropa çempionu oldu
PSJ argentinalı hücumçu müqabilində nəhəng xərc çəkə bilər
“Mövsüm bizim üçün inanılmaz keçdi” – Dambrauskas
DAHA ÇOX

Ən çox oxunanlar