Dambrauskas ilkə imza atdı

Dambrauskas ilkə imza atdı

“Sabah” 2025/26 mövsümündə “Qızıl dubl”a imza atıb.

Sports.az xəbər verir ki, Misli Premyer Liqasının qalibi adını mövsüm başa çatmadan təmin edən komanda Bizon Azərbaycan Kubokunun finalında “Zirə”yə qalib gəlib – 2:1.

Bu, klub tarixində ilk “Qızıl dubl” olub. “Sabah” eyni mövsümdə Azərbaycan çempionatı və kubokunun qalibi adını qazanan 5-ci komanda kimi tarixə düşüb. 

Əvvəlki mövsümlərdə 4 klub ümumilikdə 11 dəfə “Qızıl dubl” gerçəkləşdirib. “Qarabağ” hamıdan çox – 6 dəfə (1993, 2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24) bunu bacarıb. “Neftçi”nn hesabında 3 (1995/96, 2003/04, 2012/13) “Qızıl dubl” var. “Sabah” kimi hərəyə bir dəfə belə uğura sevinən “Kəpəz” 1997/98, “Xəzər Lənkəran” 2006/07 mövsümündə hər iki titulu qazanıb.

“Sabah”ın litvalı baş məşqçisi Valdas Dambrauskas Azərbaycanda “Qızıl dubl” müəllifi olan ilk legioner mütəxəssisdir. Əvvəlki 11 belə uğura yerli baş məşqçilər imza atıb. Qurban Qurbanov 5 (2014/15, 2015/16, 2016/17, 2021/22, 2023/24), Kazbek Tuayev (1995/96, 2003/04) və Ağasəlim Mircavadov (1993, 2006/07) hərəsi 2, Mehman Allahverdiyev (1997/98) və Böyükağa Hacıyev (2012/13) hərəsi bir dəfə rəhbərlik etdiyi komanda ilə buna nail olub.

Son xəbərlər
Sarri İtaliya Kubokundakı uğursuzluğuna aydınlıq gətirdi
“Böyük velosiped yarışı Azərbaycana qayıdıb” - Fərid Qayıbov
Malenin transfer hüquqlarını aldılar
Dambrauskas ilkə imza atdı
“Bakı-Xankəndi” yarışını ömrümün sonunadək xatırlayacağam”
9 ildən sonra
“Neftçi”nin apellyasiya şikayəti təmin edilmədi
“Sabah” Puxaçın transfer hüquqlarını aldı
“Bakı–Xankəndi” yarışının 5-ci mərhələsinin qalibi bəlli oldu
Oyunun başlama vaxtı dəyişdirildi
Final matçının başlama saatı açıqlandı
Bir oyuna təyinatlar açıqlandı
“Qarabağ”la AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı
UEFA-nın dəstəyi ilə turnir keçirilib
AFFA prezidentindən “Neftçi”yə təbrik
“Vest Hem” yarımmüdafiəçisinə qiymət qoydu
PSJ yeni keçidini gerçəkləşdirmək üçün danışıqlar planladı
“Bakı–Xankəndi” velosiped yarışına bu gün yekun vurulacaq
Günün oyunları – TV
London nəhəngləri “Komo”nun müdafiəçisi ilə maraqlanırlar
“Atalanta”da baş məşqçi dəyişikliyi gözlənilir
“Barselona” səfərdə uduzdu
PSJ çempionluğu təmin etdi
“İnter” kuboku da qazandı
“Mançester Siti”dən darmadağın
AGF-də yeni komitə təsis edildi
“Sabah”dan finalda əzmkar qələbə - VİDEO
AFFA prezidenti “Sabah”ı təbrik etdi
Xədicə Qurbanzadə Avropa çempionatının finalında
Əli Cavadlı Avropa çempionu oldu
DAHA ÇOX

Ən çox oxunanlar