“Böyük velosiped yarışı Azərbaycana qayıdıb” - Fərid Qayıbov

“Böyük velosiped yarışı Azərbaycana qayıdıb” - Fərid Qayıbov

“Böyük velosiped yarışı Azərbaycana qayıdıb”.

Sports.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.

O, bu gün başa çatan "Bakı-Xankəndi" Azərbaycan velosiped yarışı ilə bağlı fikirlərini bölüşüb:

"Bu, bizim üçün çox xoş haldır. Paytaxtımızda çox sayda irimiqyaslı yarışlar keçirilir. Çünki Bakı dünyanın idman paytaxtı seçilib. Cüdo və sumo üzrə dünya çempionatı, voleybol üzrə Avropa çempionatının oyunları və digər növlərdə də beynəlxalq turnirlər, Dünya Kubokları baş tutacaq. Daha əvvəl də Azərbaycanda beynəlxalq velosiped yarışları təşkil edilib. Böyük velosiped yarışı yenidən ölkəmizə qayıtdı. Doğma Qarabağımızda olması da sevindirici haldır, xüsusi hisslərdir. Yerli və gənc idmançılarımız da yarışa qatılıblar. İnanıram ki, növbəti mərhələlərdə onlar da sözlərini deyəcəklər. Azərbaycan Velosiped İdmanı Federasiyasına təşəkkür edirəm. Bu cür yarışları təşkil etmək asan deyil. Hava şəraitini də nəzərə almaq lazımdır".

F.Qayıbov federasiyanın təşkilatçılıq baxımından böyük işlər gördüyünü vurğulayıb:

"Marşrut 20-dən çox rayonu əhatə etdi. Böyük məsafə var idi. Bu təşkilatçılğın arxasında böyük iş dayanır. Ölkə başçısının Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə xüsusi tapşırıqları var. Müxtəlif rayonlarda, işğaldan azad olunmuş ərazilərdə beynəlxalq turnirlər keçirilir. Həm idman azarkeşlərini, həm də Xankəndi sakinlərini təbrik edirəm".

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparıb. Turnirin mükafat fondu 50 000 avrodan çox olub.

Son xəbərlər
Luis Enrike PSJ-nin Fransa çempionluğunu şərh etdi
Premyer Liqanın 32-ci turu rəqəmlərin gözü ilə
Kivu İtaliya Kubokundakı zəfərini şərh etdi
Xankəndi stadionunun tam hazır olacağı tarix açıqlandı
Sarri İtaliya Kubokundakı uğursuzluğuna aydınlıq gətirdi
“Böyük velosiped yarışı Azərbaycana qayıdıb” - Fərid Qayıbov
Malenin transfer hüquqlarını aldılar
Dambrauskas ilkə imza atdı
“Bakı-Xankəndi” yarışını ömrümün sonunadək xatırlayacağam”
9 ildən sonra
“Neftçi”nin apellyasiya şikayəti təmin edilmədi
“Sabah” Puxaçın transfer hüquqlarını aldı
“Bakı–Xankəndi” yarışının 5-ci mərhələsinin qalibi bəlli oldu
Oyunun başlama vaxtı dəyişdirildi
Final matçının başlama saatı açıqlandı
Bir oyuna təyinatlar açıqlandı
“Qarabağ”la AVIS arasında tərəfdaşlıq müqaviləsi imzalandı
UEFA-nın dəstəyi ilə turnir keçirilib
AFFA prezidentindən “Neftçi”yə təbrik
“Vest Hem” yarımmüdafiəçisinə qiymət qoydu
PSJ yeni keçidini gerçəkləşdirmək üçün danışıqlar planladı
“Bakı–Xankəndi” velosiped yarışına bu gün yekun vurulacaq
Günün oyunları – TV
London nəhəngləri “Komo”nun müdafiəçisi ilə maraqlanırlar
“Atalanta”da baş məşqçi dəyişikliyi gözlənilir
“Barselona” səfərdə uduzdu
PSJ çempionluğu təmin etdi
“İnter” kuboku da qazandı
“Mançester Siti”dən darmadağın
AGF-də yeni komitə təsis edildi
DAHA ÇOX

Ən çox oxunanlar