Dünya futbolu
Sergey Yuranın yeni klubu bəlli oldu

25.05.2026 | 18:15
Rusiyanın "SKA-Xabarovsk" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sports.az Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Sergey Yuran çalışdıracaq.
56 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Rusiyalı çalışdırıcı 2020 və 2022-ci illərdə də "SKA-Xabarovsk"un baş məşqçisi olub.
Xatırladaq ki, S.Yuran 2011/12-ci mövsümündə Azərbaycanda Zaqatalanın “Simurq” klubunu çalışdırıb.
Son xəbərlər





























