“Sabah”ın əvəzediciləri yenə çempion oldu

Əvəzedicilər Liqasında 2025/26 mövsümünə yekun vurulub.
Sports.az xəbər verir ki, bu gün 4 oyun keçirilib.
“Sabah-2” son turda “Araz-Naxçıvan-2” üzərində darmadağın sayəsində növbəti çempionluğunu bayram edib. “Qəbələ-2” də son turda qalib gəlib, amma gümüş medallarla kifayətlənib. “Neftçi-2” isə bürünc medallara sahib çıxıb.
Əvəzedicilər Liqası
27-ci tur
25 may
“Kəpəz-2” – “Zirə-2” 1:1
Qollar: Sənan Şamilov, 75 – Hüseyn Məmmədov, 21.
“Qəbələ-2” – “Qarabağ-2” 2:1
Qollar Cuma Hüseynov, 30. Ariz Kərimov, 53 – Eltun Babazadə, 78.
“Araz-Naxçıvan-2” – “Sabah-2” 0:4
Qollar: Həmzəalı Mikayılov, 21-pen. Ramil Nuraxmedov, 25-pen. Nihat Cabbarov, 57. Hüseyn Məmmədzadə, 62.
“Sumqayıt-2” – “Turan Tovuz-2” 2:4
Qollar: Əjdər Hacılı, 16. Murad Rüstəmov, 90+2 – Elçin Qasımov, 7; 13; 31. Murad Dadaşev, 20.





























