"Bayer Leverkuzen" Bakıda harda qalacaq?

UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşacaq "Bayer Leverkuzen"in planları bəlli olub.

Sports.az xəbər verir ki, Almaniya təmsilçisi Bakıya martın 6-da, axşam saatlarında gələcək. Ağdamlıların rəqibi "Hilton" otelində məskunlaşacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer” matçı martın 7-də, saat 21:45-də başlayacaq. Tərəflərin cavab qarşılaşması bundan bir həftə sonra Leverkuzendə baş tutacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar