Millimiz Türkiyə ilə qarşılaşacaq

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibi bəlli olub.

Sports.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2025-in seçmə qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ilin iyulunda İsveçrədə təşkil olunacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar