ÇL: "Bayern Münhen" və PSJ 1/4 finalda

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk cavab oyunlarına yekun vurulub.

Sports.az xəbər verir ki, səfərdə "Latsio"ya 0:1 hesabı ilə uduzan "Bayern Münhen" "Alyans Arena"da rəqibini Harri Keynin dublu və Tomas Müllerin qolu ilə darmadağın edib - 3:0.

Parisdə "Real Sosyedad"ı 2:0 hesabı ilə yenən PSJ isə Killian Mbappenin iki qolu sayəsində səfərdə də qələbə qazanıb. Meydan sahiblərinin gücü yalnız Mikel Merinonun təsəlli qoluna çatıb.

 

1/8 final, cavab oyunları


5 mart

“Bayern Münhen” (Almaniya) – “Latsio” (İtaliya) 3:0

Qollar: Harri Keyn 39, 66; Tomas Müller 45+2



“Real Sosyedad” (İspaniya) – PSJ (Fransa) 1:2

Qollar: Mikel Merino 89 - Killina Mbappe 15, 56


1/8 final mərhələsinin növbəti cavab oyunları bu gecə keçiriləcək.
"Mançester Siti" "Kopenhagen"i, "Real Madrid" - "Leypsiq"i qəbul edəcək. 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar