İviç yenidən PAOK-u çalışdıra bilər

“Krasnodar”ın sabiq baş məşqçisi Vladimir İviç Yunanıstanın PAOK-unu çalışdıra bilər.

Sports.az xəbər verir ki, serb mütəxəssis peşəkar məşqçilik karyerasında əvvəllər PAOK-u çalışdırıb.

2016/2017 mövsümündə İviçin rəhbərliyi altında PAOK Yunanıstan Kubokunun qalibi olub.

Hazırda PAOK-un baş məşqçisi vəzifəsini məşhur rumın mütəxəssis Mirça Luçeskunun oğlu Razvan Luçesku tutur.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar