“Klopun gedəcəyi xəbərini eşidəndə, bunun zarafat olduğunu düşündük”

“Liverpul”un ingilis müdafiəçisi Trent Aleksander-Arnold alman baş məşqçi Yurgen Klopun mövsümün sonunda “qırmızılar”ı tərk etmək qərarını komandanın necə öyrəndiyini və ona necə qarşılıq verdiyini xatırlayıb.

Sports.az Aleksander-Arnoldun bu barədə xatirəsini təqdim edir:

“Klopp bildirdi ki, bu, onun son mövsümüdür və ailəsi ilə vaxt keçirmək üçün fasiləyə ehtiyacı var. Nə edəcəyimi bilmirdim. Bunun zarafat olduğunu düşündük. Bunu heç birimiz gözləmirdik. Klopp otaqdan çıxandan sonra hamı orada oturub “Bu nə idi”, deyə bir-birinə baxırdı”, deyə ingilis futbolçu xatırlayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar