“Cüdo məktəblərdə" layihəsinə start verilib

“Cüdo məktəblərdə" layihəsinə start verilib

Azərbaycan Cüdo Federasiyası (ACF) və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə təşkilatçılığı ilə "Cüdo məktəblərdə" layihəsinə start verilib.

Sports.az xəbər verir ki, layihənin açılış mərasimi Bakı şəhəri Nizami rayonu 250 saylı tam orta məktəbdə keçirilib.

Tədbirdə ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, əməkdar məşqçi Tərlan Həsənov, MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin aparıcı məsləhətçisi Vəfa Hüseynzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun mütəxəssisi Sevda Ramazanova çıxış ediblər.

Çıxışlarda layihənin məqsədləri, tətbiq mexanizmi və məktəblilər üçün yaradacağı faydalar vurğulanıb.

Fiziki tərbiyə dərsləri çərçivəsində keçirilən məşğələlərdə IV, V və VI sinif şagirdləri cüdonun əsaslarını öyrənəcəklər.

Dərslər ACF-nin beynəlxalq sertifikatlara malik təcrübəli məşqçiləri tərəfindən aparılır. Məşğələlər zamanı məktəblilərə cüdonun əsas qaydaları, təhlükəsiz yıxılma texnikaları (ukemi), ilkin hərəkət vərdişləri və tərəfdaşla işləmə bacarıqları aşılanacaq. Eyni zamanda yaş xüsusiyyətlərinə uyğun məşqlər və cüdo elementləri ilə zəngin oyunlar vasitəsilə cüdonun əsas dəyərləri - hörmət, intizam və məsuliyyət kimi keyfiyyətlər təşviq olunacaq.

Dərslərin sonunda uşaqlara və valideynlərə yaxınlıqdakı cüdo klubları barədə məlumat veriləcək, sınaq dərslərində iştirak imkanı və sadə qoşulma seçimləri təqdim olunacaq.

Layihənin məqsədi gündəlik həyatda təhlükəsizliyin artırılması (yıxılma və sürüşmələr zamanı yarana biləcək xəsarət riskinin azaldılması), sosial bacarıqların inkişafı, erkən yaşlardan uşaqlarda cüdoya marağın formalaşdırılması və cüdonun kütləviliyinin artırılmasıdır.

Son xəbərlər
“Sabah”dan inamlı qələbə, Tovuzda heç-heçə
“Turan Tovuz”la “Zirə”dən heç-heçə - VİDEO
“Bəzi əsas oyunçularımızın yoxluğu oyuna təsir etdi” - Berdıyev
“Liqanı dördüncü yerdə bitirmək istəyirik” - Rəşad Sadıqov
Mbappenin durumuna aydınlıq gəldi
Modriç mövsümü başa vurdu
“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
“Araz Saatlı” “Göygöl”ə, “Ağdaş” “Şəki Siti”yə qalib gəldi
Millimiz Qazaxıstan yığmasına qalib gəldi
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya
Azərbaycan yığması Berlində 3-cü oldu
“Prezident Kuboku” reqatasına qatılan ölkələr hər il razılıqlarını bildirirlər”
“Liv Bona Dea Arena”da yenilənmə işlərinə start verilib
“Prezident Kuboku”nda çox ölkənin iştirak etməsi sevindirici haldır” - Nazir
FİFA DÇ-2026-nın mükafat fondunu artıracaq
“Tottenhem”in futbolçusu DÇ-ni buraxacaq
1-ci Liqada 24-cü turun təyinatları açıqlandı
Final oyununun tarixi açıqlandı
Salah zədələndi
“Prezident Kuboku 2026” beynəlxalq reqatası start götürüb
Azərbaycan gimnastlarından beynəlxalq turnirdə qızıl medal
“Neftçi” – “Qarabağ” oyunu rəqəmlərin gözü ilə
BWF-dən oyun formatında əsaslı dəyişiklik
AMADA rəsmisi Lozannada qlobal antidopinq forumunda iştirak edib
Yığmamız Monteneqroya yollandı
Azərbaycan birinciliyi keçiriləcək
“Nəticə istədiyim kimi oldu”
“Hədəfim Avropa çempionu olmaq idi”
Zamiq sarı vərəqə aldı, komandası yenə uduzdu
“Bu medalın əyarını qızıla çevirəcəm” - Djioyev
DAHA ÇOX

Ən çox oxunanlar