Azərbaycan futbolu
Yığmamız Monteneqroya yollandı

27.04.2026 | 13:20
Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun Herçeq Novi şəhərinə yollanıb.
Sports.az xəbər verir ki, yığmamız Bakıda təşkil olunan bir həftəlik təlim-məşq toplanışını başa vurub.
Komanda Avropa çempionatına hazırlıq planı çərçivəsində Monteneqronun Herçeq Novi şəhərinə yollanıb.
Elşad Quliyevin rəhbərlik etdiyi komanda burada keçiriləcək mini-turnirdə iştirak edərək hazırlıq mərhələsini yekunlaşdıracaq.
Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək
Son xəbərlər





























