Dünya futbolu
“Tottenhem”in futbolçusu DÇ-ni buraxacaq

27.04.2026 | 16:20
"Tottenhem"in və Niderland millisinin yarımmüdafiəçisi Xavi Simons zədə səbəbindən DÇ-2026-nı buraxacaq.
Sports.az xəbər verir ki, 23 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 34-cü turunda "Vulverhempton"la keçirilən oyunda zədələnib.
Ön çarpaz bağları qopan futbolçu ən azı bu ilin sonuna qədər meydama çıxa bilməyəcək. Futbolçu bu barədə sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
Niderland millisi bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda Yaponiya, İsveç və Tunis ilə F qrupunda mübarizə aparacaq.
Son xəbərlər





























