Dünya futbolu
Zamiq sarı vərəqə aldı, komandası yenə uduzdu

27.04.2026 | 12:00
Albaniya çempionatında 33-cü turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” evdə “Vora” ilə qarşılaşıb.
Matç həmyerlimizin komandasının məğlubiyyəti ilə başa çatıb - 0:2.
Əliyev də bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz 29-cu dəqiqədə sarı vərəqə də alıb.
“Eqnatiya” hazırda 54 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
Son xəbərlər





























